Aktrisa Kerri Fişerin anası insult keçirib

29 Dekabr, 2016 02:26 | Mədəniyyət | Baxış sayı: 13
Aktrisa Kerri Fişerin anası insult keçirib
Aktrisa Kerri Fişerin anası insult keçirib

84 yaşlı aktrisa və müğənni Debbi Reynoldsun vəziyyəti kritikdir

Tanınmış amerikalı aktrisa və müğənni, mərhum Kerri Fişerin anası Debbi Reynolds xəstəxanaya yerləşdirilib. İstiPress "TMZ" dərgisinə istinadən xəbər verir ki, 84 yaşlı D.Reynolds qəfil insult keçirib.

Məlumata görə, D.Reynolds Beverli-Hillzdə oğlunun evində olarkən halı pisləşib. Yaxınları təcili tibbi yardım xidmətinə müraciət edib. Ehtimal olunur ki, onun səhhətinin qəfildən pisləşməsinə qızının ölümü ilə barışa bilməməsi səbəb olub.

Qeyd edək ki, D.Reynoldsun qızı, "Ulduz müharibələri" filmepopeyasının "şahzadə Leya"sı aktrisa Kerri Fişer ötən həftə dünyasını dəyişib. O, Londondan Los-Ancelesə uçarkən qəfildən vəziyyəti ağırlaşıb. Sonradan bildirildi ki, aktrisanın ölümünə səbəb ürəyinin dayanması olub.