"Forbes" ən gəlirli Milad bayramı filmlərinin adını açıqlayıb

29 Noyabr, 2016 06:10 | Mədəniyyət | Baxış sayı: 18
"Forbes" ən gəlirli Milad bayramı filmlərinin adını açıqlayıb
"Forbes" ən gəlirli Milad bayramı filmlərinin adını açıqlayıb

"Evdə tənha" ən gəlirli film olub

"Forbes" jurnalı Milad bayramına həsr olunmuş 25 ən populyar  filmlərin siyahısını dərc edib. Reytinq sıralamasında filmlər əldə etdikləri gəlirlərinə görə yer alıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, siyahıda ilk yeri Makaley Kalkinin baş rolunu oynadığı "Evdə tənha" filmi tutub. Rejissorunun Kris Kolambus olduğu film 1990-cı ildə ekranlara çıxıb. Amerika kino dövriyyəsində "Evdə tənha" 285,76 mln. dollar, dünyada isə 476,68 mln. dollar gəlir əldə edib.

İkinci yerdə isə "Qrinç Miladı necə oğurladı" filmi qərarlaşıb. Baş rolunda Cim Kerrinin yer aldığı film ABŞ-da 260 mln. dollar qazanıb.

"Qütb ekspresi" isə siyahının 3-cü yerində gəlir. Bu film 2004-cü ildə rejissor Robert Zemekis tərəfindən çəkilib. O isə 183,37 mln. dollar ABŞ-da, 306,85 mln. dollar isə dünya üzrə qazanıb.

Daha sonrakı sıraları isə "Evdə tənha - 2", "Elf", "Santa Klaus" və digər filmlər bölüşür.