Azərbaycanlı stilist cinsini dəyişən məşhur gəlini belə bəzədi FOTO

29 Oktyabr, 2019 11:15 | Mədəniyyət | Baxış sayı: 288
Toy
Toy

Kişi kimi doğulan və cinsini dəyişən Selin Ciğerci dünən ərə gedib

6 il əvvəl cinsiyyət dəyişmə əməliyyatı ilə qadın olan Türkiyənin tanınmış soaial media fenomenlərindən biri Selin Ciğerci ərə gedib. Selin ötən gün özündən yaşca kiçik olan futbolçu sevgilisi Gökhan Çıra ilə ailə həyatı qurub. 

Lüks toyu, yaşam tərzi ilə seçilən S.Ciğercinin mükəmməl görüntüsünün üzərində isə azərbaycanlı tanınmış sima çalışıb. Toy günü gəlinin makiyajını stilist Anar Ağakişiyev edib. O özü də toyda qonaq qismində iştirak edib. 

Yüzlərlə qonağın, o cümlədən məşhurların qatıldığı toy İstanbuldakı 5 ulduzlu otellərdən birində baş tutub. Cinsiyyətini dəyişdiyi üçün illər öncə "qızlarından" imtina edən ailə üzvləri də toya qatılıblar. Gəlinin iş adamı olan tası ona qızıl kəmər taxıb. O ata evdən nağara-zurnanın müşayiəti ilə çıxıb. 

Ciğercinin gəlinliyi də göz qamaşdırıb. Kilolarla ağırlığı olan gəlinlik başdan ayağa kimi daş-qaşla bəzədilmiş olub. 

Ciğercinin nikahdan sonra ilk işi "İnstagram" hesabındakı soyadını dəyişməsi olub. O bu günü çoxdan gözlədiyini bildirib. "Oh, nəhayət ki..."