Bakı "Jara"nın ulduzlarını necə heyran etdi? FOTO

29 İyul, 2019 10:28 | Mədəniyyət | Baxış sayı: 81
"Jara"
"Jara"

"O qədər şəkil çəkdirmişikki..."

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində iyulun 25-dən start götürən möhtəşəm “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vuruldu. Festivalda Rusiyanın dünyaca məşhur estrada ulduzları Bakı səhnəsində onlzarı izləməyə gələn minlərlə insanı çoşdura biliblər.

Ulduz qonaqların özləri də bakıya olan heyranlıqlarını gizlətməyiblər.

"Bu gün mən ilk dəfə normal yemək yedim". Bunu Rusiyanın Xalq artisti, "Na-na" qrupunun yaradıçısı Bari Alibasov deyib. Onun sözlərinə görə, həzm sistemində problem var. "İlk dəfə bakıda yemək uğurla alındı. Öz uşaqlarıma dedim ki, mənə bax bu texnologiya lazımdır. Əbəs yerə Bakıya gəlməmişəm". 

Rusiyanın "Eurovision" təmsilçisi olan Sergey Lazarevdə təəssüratlarını bölüşüb. "Düşünürəm ki, bu festival hələ uzun müddət öz pərəstişkarlarını sevindirəcək. Eminə, Azərbaycana belə möhtəşəm təşkilatçılıq, qonaqpərvərlik üçün sağ ol deyirəm". 

"Biz ilk Bakıda dəfə deyilik, ancaq sonuncu dəfə bura gələndən Bakı yenə çox dəyişib, daha da gözəlləşib, heç tanımaq mümkün deyil. Şəhərdə infrastruktur çox yaxşı inkişaf edib, paytaxtınız çox moderndir.

Gecə isə tamam başqa cür gözəl olur, şəhər işıqların içində bərq vurur. O qədər şəkil çəkdirmişik. Bakı həqiqətən çox gözəldir, doymaq olmur", deyə "Na-Na" qrupunun soslistləri bildiriblər. 

Məşhur ukraynalı və rusiyalı müğənni Aleksandr Panayotov festival, Bakı ilə bağlı təəssüratlarını bölüşüb. Gənc müğənni bildirib: "JARA bütün festivallardan fərqlənir, çünki Azərbaycanda - duz-çörəkli bir ölkədə keçirilir. Bütün artistlər özünü burada çox rahat hiss edirlər, tamaşaçılar isə alqışları ilə dəstəkləyir. Əla əhval-ruhiyyə var".

Alyona Apina isə Bakıdan gözəl, yaxşı yer görmədiyini deyib."Təsüf edirəm ki, "Jara"da ilk iştirakımdır. Ümid edirəm ki, bu yaxşı ənənəyə çevriləcək".