Dünən nəvəsinə toy edən Xalq artisti vəfat etdi

29 Fevral, 2020 09:50 | Mədəniyyət | Baxış sayı: 448
Ağaxan Salmanlı
Ağaxan Salmanlı

Aktyor 78 yaşında dünyasını dəyişib

Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti Ağaxan Salmanlı vəfat edib.  Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Məlumata görə, aktyor qəfil vəfat edib. 

O dünən nəvəsinin toy mərasimində iştirak edib. Səhhətindən heç bir şikayəti olmayıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. 

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb. 

O, "İstintaq davam edir", "Axırıncı aşırım", "Tülkü həccə gedir", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Ötən ilin son gecəsi", 
"Güllələnmə təxirə salınır!..." və s. tanınmış filmlərdə rol alıb. 

Allah rəhmət eləsin!