Türkiyənin ən bahalı müğənnisi Bakıda neçəyə oxuyacaq?

28 Noyabr, 2018 12:06 | Mədəniyyət | Baxış sayı: 135
Sıla
Sıla

Sılanın adı konsertlərdən ən çox qazanan ifaçılar siyahısına düşüb

Türkiyənin ən çox qazanan ifaçılarının adları açıqlanıb. İstiPress-in məlumatına görə, il ərzində bir konsertdən başqasına qaçan müğənnilərin qazancları da dodaq uçuqladır. 

Ən çox qazananlar siyahısında birinci yerin sahibi son günlərdə döyülməsi ilə gündəmə gələn Sıla olub. Yeni il ərəfəsində Bakıda konsert verməyə hazırlaşan Sıla 250 min lirə (təqribən 80 min manat) qazanc əldə edib. O, yay aylarında bir konsert üçün bu məbləği alıb. 

Xatırladaq ki, pop ulduz dekabrın 29-da Bakı Konqres Mərkəzində konsert verəcək.  İlkin məlumata görə, bu konsert üçün o 130 min dollara yaxın (təqribən 0,5 milyon lirə) qonorar alacaq. 

Onu isə 150-250 min lirə (48-80 min manat) ilə Ebru Gündeş və Sibel Can  izləyir.

Demet Akalının gecə klubunda DJ ilə birlikdə konsertinin qiyməti isə 80 min lirədir (25 min manat).

Bu siyahıda rok musiqisinin tanaınmış siması Teoman və Duman (50-100 min), Hakan Altun (70-100 min), Mehmet Erdemin (30 min) də adı var.

Sıla
Sıla
Sibel Can
Sibel Can