Xalq artisti sinəsini açıb, 70 illik "Cücələrim"i belə oxudu VİDEO

28 Noyabr, 2017 12:06 | Mədəniyyət | Baxış sayı: 1075
Aygün Kazımova
Aygün Kazımova

70 yaşlı ən məşhur uşaq mahnısına klip də çəkilib

Azərbaycanın xalq artisti ən məşhur uşaq mahnısına klip çəkdirdi. İstiPress-in məlumatına görə, söhbət bu il 70 yaşı bitən "Cücələrim"dən gedir. Yarım əsrdən çox yaşı olan, ən məşhur ifaya yeni nəfəs verən isə Aygün Kazımova olub.

İfaçı özünün "İnstagram" səhifəsində adıçəkilən mahnıya çəkilən klipindən bir hissəni paylaşıb. Klip adına uyğun olaraq cücələr, toyuq və xoruzların əhatəsində çəkilib.

Xalq artisti klipində dəri, tüklərlə bəzədilmiş cazibədar geyimlərdən istifadə edib. Nəticədə onun son müddətdə atdığı çəkilər, plastik əməliyyatdan sonra qovuşduğu ideal bədən quruluşu da diqqətdən qaçmayıb.

Azərbaycanın böyük bəstəkarı Qəmbər Hüseynlinin musiqisindən, şair Tofiq Mütəllibovun sözlərindən yaranan şən, oynaq və möcüzəli “Cücələrim”in aranjemançısı Kahaberi Tsiskaridze olub. 

“Cücələrim” mahnı janrında bəstələnən yeganə uşaq musiqisidir ki, yarandığı gündən bu vaxta qədər bütün qitələri gəzib, ölkələri dolaşıb və Azərbaycanın şöhrətini dünyaya yayıb. Mahnı yarandıqdan az sonra hətta qapalı Sovet İttifaqının hüdudlarını aşaraq əcnəbi məmləkətlərə qədər gedib çata bilib. Postsovet respublikalarından savayı ingilis, fransız, alman, italyan, ispan, portuqal, çex, ərəb, yapon, çin dillərində ifa olunan “Cücələrim”, həmçinin yüzdən çox xalqın dilinə tərcümə edilib. Dünya uşaq musiqi ədəbiyyatının ən fəxri pillələrinə ucalan “Cücələrim” Azərbaycanın vizit vərəqəsinə çevrilib.