“12 stul” rejissoru 85 yaşında keçinib
Keçmiş SSRİ-nin və Rusiyanın görkəmli teatr və kino xadimi Mark Zaxarov 85 yaşında Moskvada vəfat edib. Məşhur Moskva Lenkom Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti xəstəxanada ağciyər iltihabından dünyasını dəyişib.
Görkəmli rejissor 1973-cü ildən baş rejissoru olduğu Lenkom Teatrında 38 tamaşaya quruluş verib.
Onun ən məşhur rejissorluq işi “Yunona və Avos” rok-operası olub. M.Zaxarov Andrey Mironov və Anatoli Papanovun iştirakı ilə “12 stul”, “Məhəbbət formulu”, “Evlənmə”, “Həmin Münhaüzen” kimi populyar sovet filmlərinin də rejissoru olub. O, “Səhranın ağ günəşi”, “İf qəsrinin məhbusu” filmlərinin ssenari müəllifi olub.