Kraldan ayrılan rus model etiraf etdi FOTO

28 Sentyabr, 2019 11:31 | Mədəniyyət | Baxış sayı: 106
Rusiya gözəlinin toyu
Rusiya gözəlinin toyu

27 yaşlı model 4 aylıq hamilə olanda boşanıb

Malayziya kralı ilə evlənən, körpəsi doğulduqdan sonra isə qalmaqallı şəkildə ayrılan "Miss Rusiya 2015" Oksana Voevodina ilk dəfə olaraq ailəsindən danışıb. 

27 yaşlı model evliliyinin bitdiyini etiraf edib. Onun sözlərinə görə, hələ 4 aylıq hamilə olarakən ayrılıb. O, boşanması haqqında məlumatı da internetdən öyrənib. Bu barədə ona heç nə deyən olmayıb. Rusiya gözəli son dəfə əri Məhəmməd ilə ötən ilin dekabr ayında görüşüb. Bundan sonra onunla heç bir əlaqəsi olmayıb. 

"Mən özüm də nə baş verdiyini anlamıram. Hər şey çox yaxşı idi. Biz övladımızın doğulmasını gözləyirdik. Hələ də onun davranışının əsl səbəbini anlamıram". O, ərinə müraciət edərək oğlu Leo haqqında düşünməsini istəyib. "Hər nə baş versə də mən istəyirəm ki, övladımın hər iki alideyni olsun". O, oğlu Leonun ərindən olmaması barədə yayılan xəbərlərə də aydınlıq gətirib. Voevodinanın sözlərinə görə,  oğlu atasına bənzəyir. Hətta lazım gələrsə o DNT analizi də verə biləcəyini qeyd edib. "İstərdim atası indi onu görsün". 

Xatırladaq ki, cütlüyün toyu 2018-ci ilin yayında olub. cütlük arasında münasibətlərin pozulmasına səbəb kimi isə kralın ailəsinin açıq-saçıq verilişlərdə, fotolarda yer alan gəlin istəməməsi göstərilirdi.