Di Kaprio filmdə qalmaqallı prezidenti oynayacaq

28 Sentyabr, 2017 20:45 | Mədəniyyət | Baxış sayı: 177
Leonardo di Kaprio
Leonardo di Kaprio

Filmin rejissoru Martin Skorsezedir

Məşhur Hollivud aktyoru Leonardo di Kaprio yeni filmdə ABŞ prezidenti Teodor Ruzvelti oynayacaq.

Filmin ssenari müəllifi Skott Blum, rejissoru isə Martin Skorsezedir.

Xatırladaq ki, T.Ruzvelt 1901-1909-cu illərdə ABŞ-ın 26-cı prezidenti olub. O, 1906-cı ildə Nobel mükafatı alıb.