Azərbaycanda da sevilən serial "Emmi" mükafatı ala bilər

28 Sentyabr, 2017 19:30 | Mədəniyyət | Baxış sayı: 201
Kara Sevda
Kara Sevda

“Emmi” - Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır

Türkiyənin məşhur aktyorları - Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlunun baş rol aldığı “Kara sevda” serialı dünyanın ən nüfuzlu mükafatlarından biri olan “Emmi” mükafatını qazanmaq üçün finala yüksələn ilk türk serialı olub.

Ekran əsəri “Ən yaxşı serial” nominasiyasında namizəd olan dörd serialdan biridir.

“Emmi” mükafatının təqdimetmə mərsimi bu il, noyabrın 20-də Nyu-Yorkda keçiriləcək. 

“Emmi” - Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir./Oxu.Az