Trampa "Evdə tək"lə zərbə

27 Dekabr, 2019 14:10 | Mədəniyyət | Baxış sayı: 132
"Evdə tək 2"
"Evdə tək 2"

ABŞ liderinin səhnəsini kəsdilər

İllər öncə yeni lin ən məşhur filmində epizodik rol alan ABŞ prezidenti Donald Trampa gözlənilməz zərbə gəlib. Onun "Evdə tək- 2" filmindəki səhnəsi kəsilib. Bu addımı atan isə Kanadanın CBC kanalı olub.

Səhnənin filmdən çıxarılamsı ilə bağlı kanalın direktoru Çuk Tompson açıqlama verib və bildiirb ki, filmdən 8 dəqiqəlik hissə kəsilib. Trampın səhnəsinin çıxarılması isə heç bir siyasi məqsəd güdmür. Kanal bu kəsintini 120 dəqiqəlik filmdə reklamlara yer açmaq üçün etdiyini bildirib. 

Məsələnin üstünü ABŞ liderinin böyük oğlu açıb. Eyni adlı gənc "Twitter" hesabından "yazıq" şərhi ilə paylaşım edib. 

Xatırladaq ki, filmdə kişik qəhrəman D.Trampdan yol soruşur. Bir neçə gün öncə amerikalı lider bu işindən danışmış, "qürur duyduğum iş idi" deyə hisslərini dilə gətirmişdi.