Berlin-2013 kinofestivalının qalibi öz mükafatını satdı

27 Dekabr, 2016 23:16 | Mədəniyyət | Baxış sayı: 23
Berlin-2013 kinofestivalının qalibi öz mükafatını satdı
Berlin-2013 kinofestivalının qalibi öz mükafatını satdı

O bunu maddi imkansızlığına görə edib

2013-cü ildə Berlində keçirilən kino festivalında ən yaxşı kişi roluna görə qalib olmuş Bosniya və Herseqovinadan olan aktyor Nazif Muiç özünün "Gümüş ayı" heykəlciyini satmalı olub. Aktyor onun qarşılığında 4 min avro qazanıb.

İstiPress "RİA Novosti"yə istinadən bildirir ki, Lukovats şəhəri yaxınlığında yaşayan Muiç heykəlciyi elə həmin şəhərin sakinlərindən birinə satıb. Ancaq alqı-satqıdan bir saat keçdikdən sonra tanınmış kinorejissor Emir Kusturisa ona 1000 avro daha artıq pul təklif edibmiş. 

"İnanın, mən bunu etməliydim. Mənim övladlarımının yeməyə heç nəyi yox idi. Bu isə mənə daha çətin gəlirdi", — Muiç jurnalistlərə belə deyib.

Qeyri-peşəkar aktyor kimi tanınan Nazif Muiç rejissor Danis Tanoviçin çəkdiyi və öz həyatını canlandırdığı "Dəmir toplayanın həyatından bir hadisə" filminə görə bu mükafatı almışdı. Ekran əsəri münsiflərin Qran-prisinə də layiq görülüb.