Nizami Kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi

27 Oktyabr, 2020 10:49 | Mədəniyyət | Baxış sayı: 100
Mel Gibson
Mel Gibson

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Gibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

İstiPress-in məlumatına görə, Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və Mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə Mərkəzdən bildirilib.