Məşhur müğənni ATV-ni "yıxıb sürüdü"

27 Sentyabr, 2017 14:20 | Mədəniyyət | Baxış sayı: 1096
Xatirə İslam
Xatirə İslam

"Hörmət xatirinə pulsuz görülən işlərin axırı belə olur"

Müğənni Xatirə İslam öz İnstaqram hesabında ATV telekanalından yazıb. Həmin paylaşımı təqdim edirik: 

"Əslində bu bərədə heç danışmaq fikrim də yox idi, çünki o qədər də əhəmiyyətli məsələ deyil mənim üçün. Sadəcə görürəm ki, hər kəs münasibət bildirir və mənim efirə cıxmamağım haqqında jurnalistlər zəng edir, istədim siz də mənə qarşı atılan addımdan xəbərdar olasınız. Mənim hər kəsə ayrılıqda hörmətim var, amma məni narahat edən bəzi suallarım var, istəyərdim onları da bildirim! Mənim özümüm belə xəbərim olmadan ATV kanalında qara siyahıya salınmışam? Görəsən, bu, mənim ATV-nin bütün bölgələrdəki konsertlərində, dövlət tədbirlərində, toylarında təmənnasız iştirakıma görə qoyulub? Əslində düz edirlər, hörmət xatirinə pulsuz görünən işlərin axırı belə olur. Yəqin bəzi mügənnilər kimi məndə qonorar istəsəydim bu halnan rastlaşmazdım! 18 illik səhnə fəaliyyətimdə dəvət olunduğum hər yerdə canla-başla iştirak etmişəm!" 

Əslində bu bərədə heç danışmaq fikrimdə yox idi çünki o qədərdə əhəmiyyətli məsələ deyil mənim üçün sadəcə görürəm hərkəs münasibət bildirir ve menim efire cixmamagim haqqinda jurnalistler zeng edir istədim Sizdə mənə qarşı atılan atdımdan xəbərdar olasınız. Mənim hərkəsə ayrılıqda hörmətim var ama məni narahat bəzi suallarım var istəyərdim onlarıda bildirim! Mənim özümüm belə xəbərim olmadan ATV kanalında qara siyahıya salınmışam? Görəsən bu mənim ATV-nin bütün bölgələrdəki konsertlərində,Dövlət tədbirlərində,Toylarında təmənnasız iştirakıma görə qoyulub? Əslində düz edillər hörmət xatirinə pulsuz görünən işlərin axırı belə olur. Yəqin bəzi mügənnilər kimi məndə qonorar istəsəydim bu halnan rastlaşmazdım! 18 illik səhnə fəaliyyətimdə dəəvət olunduğum hər yerdə canla başla iştirak etmişəm! Rəhmətlik İslam Rzayeva müəllim yox həmişə Baba gözüylə baxmışam nə etmişəmsa min kərə halal xoşu olsun. Dəfnində iştirak edən 150 kişi xeylagı arasında Xatirə İslam tek qadin olaraq Ustadın torpağa tapşırdı!Bunu hərkəs bilir ki, mən həmişə əlimdən gələni etmişəm ki Ustadımın adın yaşadım, dəfələrlə İslam müəllimin yaradıcılıq gecəsin keçirtmişəm, İslam Rzayeva həsr olunmuş bir neçə kitabları dərc elətdirmişəm. İndi təsəvvür edin ki, Ustadımla bağlı veriliş hazırlınır və mən dəvət almıram! Mən kanalın siyasətinə qarışmıram ola bilərki hansısa mügənni qara siyahıya düşəcək bir atdım atıb və onu kanala dəvət etmillər, bəs 18 ildi istər estrada istər xalq musiqisi sahəsində çalışan mügənnini hansı əsasnan ona məlumat vermədən mənim mövqeyimi öyrənmədən məni qara siyahıya salmışdılar? 106.3 radiosunda vəziyyət isə lap acınacaqlı idi çünki radioda ancaq 4/5 mügənninin mahnıları səslənirdi və düzün desek mahnı səslənməmiş mügənninin adında deyirdilərki, çünki bilirdilərki həmin adamı tanıyan yoxdur və eyni tərz mügənnilər oldugundan ifaçı kim olduğu bilinmirdi mənim isə mahnımda gündə bidəfə verilərdi ya yox! Hər bir halda çalışaq həmişə obyektiv olaq heçkasin haqqına girməyək!Mene lazim olsa sevenlerime burdanda sozumu deyib mahnimi oxuyaram canli canli OPUREM SIZI ❤️

Публикация от Xatire İslam Musiqiçi🎵 (@xatireislamm)