Mədət Quliyev Aygün Kazımovaya DTX-də vəzifə verdi - FOTO

27 May, 2017 10:40 | Mədəniyyət | Baxış sayı: 2288
Aygün Kazımova
Aygün Kazımova

Xalq artistinə fəxri diplom təqdim olunub

28 may Respublika Günü ilə əlaqədar olaraq bu gün Dövlət Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Bayraq meydanında yürüş keçirilib.

İstiPress-in məlumatına görə, tədbirdə bir sıra dövlət işçiləri, o cümlədən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyev də iştirak edib.

Azərbaycanın xalq artisti Aygün Kazımova "Azərbaycan" mahnısı ilə açılış edib. Keçirilən tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub. Tədbirin rəsmi hissəsindən sonra 5 km marafona start verilib.

Mədət Quliyev və Aygün Kazımova
Mədət Quliyev və Aygün Kazımova
Aygün Kazımova və Mədət Quliyev
Aygün Kazımova və Mədət Quliyev