Alsunun qızı qalib oldu, ara qarışdı

27 Aprel, 2019 12:09 | Mədəniyyət | Baxış sayı: 116
Alsu və qızı
Alsu və qızı

"Bu səsi olan uşaqlara qarşı haqsızlıqdır"

Rusiyada müğənni Alsunun qızının mahnı müsabiqəsində qalib gəlməsi qalmaqala yol açıb. 10 yaşlı Mikella Abramovna "Səs. Uşaqlar" ("Qolos. Deti") yarışmasına qatılıb.  O, tamaşaçı səsverməsi nəticəsində müsabiqənin finalınada birinci yeri tutub.

Azyaşlı Svetlana Lobodanın komandasında yarışıb. Gənc müğənni mükafat kimi heykəl, ilk sinqlı üçün setrifikat və 1 milyon rubl pul mükafatı alıb. 

Adıçəkilən müsabiqə Birinci kanalda yayımlanır və "The Voice. Kids" beynəlxalq müsabiqənin Rusiya versiyasıdır. 

Alsunun qızının qalibiyyəti birmənalı qarşılanmayıb. Bəzi tamaşaçıların sözlərinə görə, Mikellanın yarışda iştirakı, finala yüksəlməsi normal ola bilərdi. Amma onu qalib etmək digər məlahətli səsi, qabiliyyəti olan uşaqlara qarşı ədalətsizlikdir. Çoxları onun məhz  məşhur anası sayəsində qalib elan edildiyini idia ediblər.