Daha bir Xalq artisti dünyasını dəyişdi

27 Mart, 2020 12:28 | Mədəniyyət | Baxış sayı: 176
Rauf Babayev
Rauf Babayev

Rauf Babayev bu gün dəfn ediləcək

Azərbaycan Respublikasının Xalq artisti Rauf Babayev vəfat edib. Müğənni 82 yaşında dünyasını dəyişib.

Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-də Təzə Pir məscidində olacaq. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb. /trend/