Xalq artisti dünyasını dəyişdi

27 Mart, 2018 16:14 | Mədəniyyət | Baxış sayı: 388
Rus Dram Teatrı
Rus Dram Teatrı

Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.

İstiPress-in məlumatına görə,  Yuri Baliyev xərçəng xəstəliyindən əziyyət çəkib. Aktyorun dəfn olunacağı yer hələlik məlum deyil.

Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, "Ayı"), Bernardo (L.de Veqa, "Xitroumnaya vlüblennaya"), Rasputin (R.İbrahimbəyov, "Petlya"), Çingizxan (M.Şaxanov, "Çingizxanın sirri"), İxtiyar (N.Xəzri, "Burla Xatun"), Şamrayev (A.P.Çexov, "Qağayı"), Professor (N.Rəsulzadə, "Nonsens") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb. Onun çəkildiyi son film 2015-ci ildə rejissor Vahid Mustafayev tərəfindən çəkilmiş  "Qanlı Yanvar" filmidir.  Bu filmdə o, SSRİ müdafiə naziri Yazovun prototipi olan Timofey Dimitriyeviç rolunu canlandırıb. Vahid Mustafayev tərəfindən 2010-cu ildə çəkilmiş  "Yaddaş" filmində isə o, rus polkovniki rolunu oynayıb.

Yuri Balıyev
Yuri Balıyev