Kişilərin ağlını başından alan 10 türk qadın FOTO

27 Fevral, 2020 15:06 | Mədəniyyət | Baxış sayı: 337
Aktrisa
Aktrisa

Bu Şərq gözəlləri öz cazibələri ilə istənilən insanın ağlını başından ala bilərlər. Söhbət Türkiyənin ən gözəl aktrisalarından gedir. İdeal bədən formaları, ipək saçlar,  alovlu gözlər ilə onlar Hollivud ulduzlarını belə kölgədə qoyurlar. Bu da bütün dünyada kişilərin ən çox sevdiyi türk aktrisalar. 

Məryəm Üzərli 

Aktrisanın ulduzu "Möhtəşəm yüzyıl" serialından sonra parladı. Kürən saçlar, mavi gözlər onu dərhal onlarla gözəlin arasında fərqləndirdi.

Cansu Dərə 

Arxeoloq təhsili alsa da Cansu ölkənin ən aparıcı seriallarında rol alıb. O hətta model kariyerası da qura bilib. 

Səadət Aksoy 

O da əsas şöhrətini "Möhtəşəm yüzyıl" serialı ilə əldə edib. Bundan başqa Səadət model kimi də çalışır, reklamlarda da rol alır.

Fəxriyyə Evcen

Tam təsadüf nəticəsində kino sənayesində öz yerini alıb. O Türkiyənin ən gözəl qadınlarından biri hesab edilir. 

Nur Fəttahoğlu 

Uzun illər aktrisalıq fəaliyyəti ilə məşğul olan Fəttahoğlu özünü dizayner kimi sınayır. 

Məlikə İpək Yalova 

Serialda rol alana kimi o toy mərasimlərinin təşkili ilə məşğul olub. Məhz belə tədbirlərdən birində irigözül türk gözəl rejissorların diqqətini çəkib.

Sinem Kobal 

Sarışın Sinem hələ yeniyetməlik illərindən kinolarda rol almağa başlayıb. Bir müddət onun adı məşhut türk futbolçusu Arda Turan ilə hallanırdı.

Amina Gülşən 

İsveçdə doğulub boya başa çatsa da sonradan türkiyəyə köçüb. Qısa müddət ərzində gözəlliyi sayəsində rejissorların diqqətini cəlb edib. "Miss türkiyə" qalibi olan Amina seriallarda baş rolların axtarılan simasıdır. 

Tuba Büyüküstün 

Serial ulduzu olmamışdan öncə Tuba uzun müddət model kimi çalışıb. O ərəb dünyasında da olduqca məşhur olan bir simadır. İki uşaq anası olan Tuba hələ də aktrisalıq fəaliyyətinə davam edir. 

Neslihan Atagül

Son dövrlərin ən çox qazanan aktrisalarından biridir. Hələ uşaq yaşlarından o tanınmış seriallarda rol almağa başlayıb.