"O Səs Türkiyə"də "Qubanın ağ alması" qalmaqalı (VİDEO)

27 Yanvar, 2017 10:16 | Mədəniyyət | Baxış sayı: 889
Dodan Özer
Dodan Özer

Müəllif yeri anonim yazılan mahnı "Iğdırın al alması" kimi təqdim edilib

Türkiyənin ən məşhur simalarından olan Acun Ilıcalıya məxsus TV 8 telekanalında yayımlanan "O Səs Türkiyə" musiqi yarışında növbəti dəfə Azərbaycana qarşı hörmətsizlik edilib.

İstiPress-in məlumatına görə, Azərbayacan mahnısı növbəti dəfə anonim kimi təqdim edilib. Hadisənin komandasından olan Dodan Özer adlı iştirakçı rəqibi ilə yarışda Azərbaycanın xalq mahnısı "Qubanın ağ alması"nı ifa edib. Lakin ifa "Iğdırın al alması" adı altında təqdim edilib. 

Dodanın ifası həm jürini, həm də tamaşaçıları heyran edib. Gur alqışlar qazanan Dodanı Hadisə növbəti mərhələyə çıxarıb. 

Qeyd edək ki, bu, sözügedən müsabiqədə bu Azərbaycana qarşı ilk belə addım deyil. Bundan öncə də dəfələrlə Azərbaycan mahnıları anonim adı altında təqdim edilib. 

Bir müddət öncə azərbaycanlı ifaçıların "O Səs Tükiyə"dən bir-bir uzaqlaşdırılmışdı

"Qubanın ağ alması" "İğdırın al alması" kimi təqdim edilib

Səxavət Məmmədovun ifasında "Qubanın ağ alması" mahnısı.