İstiPress-dən üzrxahlıq

26 Dekabr, 2017 11:16 | Mədəniyyət | Baxış sayı: 616
Vahid Mustafayev
Vahid Mustafayev

Rejissor Vahid Mustafa Yev maliyyə yardımı barədə xəbərləri təkzib etdi

Rejissor Vahid Mustafa Yev Azərbaycan Milli Kino və Animasiyaya Dəstək (AMKAD) layihəsi çərcivəsində seçilən ssenarilərə ”ANS” Media Qrupu tərəfindən maliyyə vəsaiti ayrılması barədə bəzi saytlarda, o cümlədən İstiPress-də gedən xəbərləri təkzib edib. O, buna əsaslı səbəb də göstərib: “ANS Şirkətlər Qrupunun indi heç bir qazancı yoxdur və ona görə də hansısa layihəyə maliyyə dəstəyi göstərməsi, təəssüf ki, mümkün deyil”.

AMKAD-ın kollegiya üzvlərindən biri Vahid Mustafayev bildirib ki, bu layihənin əsas məqsədi əslində gənc ssenaristlərin yazdıqları ssenarilərdən ən yaxşılarını seçib “Azərbaycanfilm”, Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət strukturlarına təqdim etmək və ictimai təşkilat olaraq, gənc, istedadlı ssenaristlərin inkişafına dəstək almaqdır.

Xatırladaq ki, AMKAD-ın təşəbbüs qrupu tanınmış Azərbaycan rejissorları Cənnət Səlimova, Vasif Babayev, Ayaz Salayev və Vahid Mustafayevdir.

İstiPress informasiyanın yayaımı zamanı yol verdiyi yanlışlığa görə AMKAD-dan üzr istəyir.