"Emmi" bu dəfə Türkiyəyə getdi

26 Noyabr, 2019 11:25 | Mədəniyyət | Baxış sayı: 65
Haluk Bilginer
Haluk Bilginer

65 yaşlı aktyor mükafata sahib olub

Türkiyənin tanınmış teatr və kino aktyoru Haluk Bilginer “Emmi” mükafatına layiq görülüb. Aktyor Nyu-Yorkda keçirilən 47-ci Beynəlxalq “Emmy” mükafatları mərasimində “Şəxsiyyət” serialaındakı obrazına görə, "ən yaxşı aktyor" nominasiyasında mükafatalandırılıb.

65 yaşlı Haluk Bilginer jurnalistlərə müsahibəsində deyib ki, özündən çox, türkiyə üçün sevinir. ""Sevgi və böyük həvəslə ərsəyə gətirdiyimiz filmin beynəlxalq platformada bəyənilməsi və mükafatlandırılması məni hədsiz dərəcədə sevindirib”.

Bilginer teleseriyalda Altsheymer xəstəliyi nəticəsində yaddaşını itirmiş insan obrazını canlandırıb. Türkiyədə və bütün dünyada maraqla baxılan bu ekran əsəri Internet Movie Database (IMDb) məlumat bazasında yüksək reytinq qazanıb.