Vladimir Putin məşhur kinoulduz Stiven Siqala yeni pasportunu təqdim edib

26 Noyabr, 2016 04:27 | Mədəniyyət | Baxış sayı: 7
Stiven Siqala Rusiyada vətəndaşlıq alıb
Stiven Siqala Rusiyada vətəndaşlıq alıb

V.Putin: "Ümid edirəm ki, bu pasport mübahisəli Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasına xidmət edəcək"

Rusiya Prezidenti Vladimir Putin kinoulduz, ABŞ aktyoru Stiven Siqala Rusiya pasportu təqdim edib. İstiPress "Reuters" informasiya agentliyinə istinadən xəbər verir ki, Kremldə təşkil olunmuş tədbir zamanı aktyor özünün yeni pasportuna imza atıb.

"Mən sizi təbrik etmək istəyirəm və ümid edirəm ki, atılmış bu növbəti kiçik jest ölkələrimiz arasındakı münasibətlərin daima normallaşması üçün bir işarə olacaq", - deyə aktyora pasportunu təqdim edən rusiyalı lider bildirib.

V.Putin əlbəyaxa döyüş növlərinin vurğunu kimi də tanınır. Elə S.Siqal da aktyorluğu müddətində belə bir bacarığını tez-tez nümayiş etdirib. V.Putinin ona xüsusi hörmətinin də buradan qaynaqlandığı ehtimal olunur.