Eminin Bakıda konserti olacaq

26 May, 2020 17:25 | Mədəniyyət | Baxış sayı: 78
emin
emin

1 avqust tarixi beynəlxalq gün elan olunacaq

Xalq artisti Emin Ağalarov beynəlxalq “Jara” festivalının beşinci yubileyi barədə açıqlama yayıb.

İstiPress-in məlumatına görə, o, həmtəsisçilərindən biri kimi tədbirin elan olunan vaxtda keçiriləcəyini qeyd edib.

29 iyul - 2 avqust tarixində reallaşacaq gecənin proqramı da açıqlanıb. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-ci illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq. 

İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.

1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.

Qeyd olunub ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.