“Xoca” filmi rus dilində - Şəhid dostu Hikmət Hüseynovu Vahid Mustafa Yev özü səsləndirdi

26 Fevral, 2018 15:05 | Mədəniyyət | Baxış sayı: 243
"Xoca" filminin posteri
"Xoca" filminin posteri

Dublyaj üzərində böyük aktyor heyəti çalışıb

Xocalı soyqırımı haqqında lentə alınan “Xoca” filmi rus dilinə dublyaj edilib. İstiPress-in məlumatına görə, ssenarist və rejissor Vahid Mustafa Yevin adıçəkilən qətliamdan bəhs edən “Xoca” filmi (2012-ci il) daha çox diqqət çəkməyə başlayıb. Gün keçdikcə əslində Xocalıda nəyin baş verdiyi ilə maraqlanan əcnəbilərin sayı da artır.

Şahid ifadələri, real hadisələr əsasında lentə alınan filmin tərcümə ediməsi ilə bağlı Rusiya, Belarus kimi ölkələrdən çox sayda müraciət daxil olub. Müraciət məktublarında qeyd edilib ki, adıçəkilən ölkələrdə filmi öz səyləri ilə tərcümə etməyə nail ola bilməyiblər. Bu gün - 26 fevral Xocalı soyqırımının 26-cı ilidönümündə ssenarist və rejissor Vahid Mustafa Yevin çəkdiyi bu məşhur filmin rus dilinə dublyajı başa çatıb.

ANS Şirkətlər Qrupu bu işi “Balans” Milli Animasiya Studiyasına həvalə edib. Filmin səsləndirilməsində tanınmış aktyorlar rol alıb. Onların arasında Yaroslav Trifonov (Ələkbər), xalq artisti Ayan Mirqasımova (Günel), Allahverdi Yolçuyev (özü oynadığı tamada obrazı), əməkdar artist Telman Əliyev (Ayaz), Azər Aydəmir (özünün ifa etdiyi Yura obrazı), Şəfəq Əliyeva (Gülbahar, Fatimə), Şahin Nəsirov (Həsən dayı, Niyazi), əməkdar artist Şəlalə Şahvələd qızı (Mehriban), Cavanşir Hacıyev (Şahin) var. Rejissor özü də səsləndirmədə iştirak edib.

Dublyaj üzərində böyük aktyor heyəti çalışıb. Onlar filmi səsləndirmək üçün nəzərdə tutulan qonorardan da imtina ediblər. Sənət adamları bu işi Xocalı qurbanlarının xatirəsinə ithaf ediblər. 

Dublyajın rejissorları Vahid Mustafa Yev və Mətanət Atakişiyeva, səs rejissorları İslam Bozbaxov və Tariyel Həsənzadə olub. Rus mətninin redaktoru Vahid Mustafa Yevdir.

Yaxın vaxtlarda film nümayiş olunması üçün Rusiya və Belarusa göndəriləcək. 

Filmi BURADAN izləyə bilərsiniz.