Bakıda Avropa Film Festivalı olacaq

25 Sentyabr, 2019 16:30 | Mədəniyyət | Baxış sayı: 35
Kino
Kino

Festival oktyabrın 2-də başlayacaq

Bakıda 10-cu illik Avropa Film Festivalı keçiriləcək.  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, festival azərbaycanlıların Avropa mədəniyyəti ilə tanış olmasının daha bir yolu olacaq. 

Festival çərçivəsində 15 film nümayiş etdiriləcək. Onlardan birinin rejissoru azərbaycanlıdır. Bundan əlavə, festivala Almaniyadan və Latviyadan da iki rejissor gələcək.

Festivalda Aİ-nin 14 ölkəsindən filmlər, eyni zamanda bir azərbaycanlı rejissorun kino işi təqdim olunacaq.

Bakıda 10-cu Avropa Film Festivalı oktyabrın 2-dən 16-dək keçiriləcək.