“Matteo Falkone”nin təqdimatına sözardı

25 May, 2019 09:33 | Mədəniyyət | Baxış sayı: 177
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev
ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev

Vahid Mustafayev ölkəmizdə ilk dəfə rəqəmsal bərpa olunmuş “Matteo Falkone” filmi haqqında

"Fransız Prosper Merime azərbaycanlı Tofiq Tağızadə ilə birlikdə bizə şərəf və ləyaqətin alçalmasına, bu yüksək insani keyfiyyətlərin zibil yeşiyinə atılmasına dözümsüz olduqlarını öyrətdilər. Onlar nümayiş etdirdilər ki, öz prinsiplərinə xilaf çıxmaq olmaz və əclaflıq və satqınlığa qarşı buna görə öz oğlunu öldürmək belə lazım gələrsə, sona qədər mübarizə aparmaq lazımdır. Dünyada doğma oğlundan da vacib müqəddəs və əlahiddə nəsə var!

Bir neçə gün öncə “Nizami” Kino Mərkəzində Azərbaycanın məşhur rejissoru Tofiq Tağızadənin ölkəmizdə ilk dəfə rəqəmsal texnologiyalardan istifadə edilməklə bərpa olunmuş “Matteo Falkone” filminin təqdimatı oldu. Təqdimatdan sonra ideya müəllifi və bu unikal layihənin rəhbəri Vahid Mustafayev haqqın.az-a Azərbaycan kinosunun görkəmli xadimi Tağızadənin 100 illiyindən əlavə, onu fransız novella ustası Prosper Merimenin hekayəsi əsasında yaranmış bu kino incəsənəti nümanəsinə müraciət etməyə nəyin vadar etdiyini bildirməyə qərar verib. 

"Məlumdur ki, Moskva İtifaqın dağılmasına qədər Azərbaycanda çəkilmiş bir çox bədii və sənədli filmlərin neqativ kino lentlərini Azərbaycandan alıb. Lakin o, bundan sonra bu mədəni-inzibati vasitədən istifadə etməklə məğrurları əzə, zəifləri qoruya və hamıya təsəlli verə bilməyəcək...

Biz mədəni irsimizin az olmayan bir hissəsini itirmişik...

Neqativ kino lenti nədir və nəyə görə Moskva onu özündə saxlayaraq, real sahibinə vermir? Bu kino lenti neqativ kinematoqrafik təsvirin əldə olunması üçün nəzərdə tutulub ki, bundan sonradan filmlərin surətlərinin, yaxud kontratiplərinin, başqa sözlə, pozitivin çıxarılması üçün istifadə olunur. Pozitiv isə filmin kinoteatrlarda nümayişi üçün lazımdır. Yəni neqativ, belə demək mümkünsə, ölümsüzdür, ondan pozitivləri dəfələrlə çap etmək olar, pozitivlərin ömrü isə qısadır. Daha asan başa düşülmək üçün deyim ki, kinoteatra filmin nümayişi üçün göndərilmiş pozitiv lent, əgər gündə üç dəfə göstərilərsə, uzağı bir həftə davam gətirəcək.

“Matteo Falkone” filminə gəlincə, biz 1960-cı ilin pozitivi ilə işləməli olduq. Allah bilir ki, ondan kinoteatrlarda neçə dəfə istifadə etmişdilər. Əlbəttə, acınacaqlı vəziyyətdə idi – həm təsvir, həm də səs baxımından.

Bəs ANS Şirkətlər Qrupunun tərkibinə daxil olan “Balans” Milli rəqəmsal bərpa studiyası nə etdi? O, unikal “Info-Suret” sistemini yaratdı ki, bu da kameranın bilavasitə səhnədən işini tanıyır, onun tezliyini hesablayıb tapır və elə həmin dalğada tam rəqəmsallaşma parametrlərini verir. Sonra xüsusi proqramların və avadanlığın köməyi ilə lenti təmizləyir və kadrları bir-bir bərpa edərək, kənar küyləri, cızıqları, tozu, kəsikləri, bir sözlə, 1950-cı ildən yığılıb qalmış bütün kənar amilləri silir. Və möcüzə baş verir!

Tamamilə təmizlənmiş film orijinaldan da yaxşı olur və müasir kino prokatının bütün tələblərinə cavab verir, eyni zamanda səsinin keyfiyyəti DOLBY 7.1 formatında olur. Film kodlaşdırılır və tamamilə yeni neqativ lentə köçürülür – bundan sonra Azərbaycan Dövlət Film Fonduna təhvil verilir. Bu da Azərbaycanın mədəni kino irsinə nəzarəti ələ almış Moskvanın inzibati amirlik sistemi ilə bütün “müharibə”.

“Balans” studiyasını qarşıda böyük işlər gözləyir. Filmlər çoxdur, lakin işləmək istəyi ondan da çoxdur, təki heç kim mane olmasın.