Azərbaycanlı müğənni Rusiya konsertini təxirə salmalı oldu

25 May, 2019 11:18 | Mədəniyyət | Baxış sayı: 83
Anna Netrebko və Yusif Eyvazov
Anna Netrebko və Yusif Eyvazov

Anna Netrebko və Yusif Eyvazovun səhhətindəki problemlər tam aradan qalxmayıb

Rusiyanın dünya şöhrətli opera ifaçısı Anna Netrebko və həmkarı olan azərbaycanlı əri Yusif Eyvazov Sankt-Peterburq konsertlərini təxirə salmalı olublar. Buna səbəb isə xəstəlik olub. 

İfaçıların çıxışı şəhər gününə həsr edilmişdi və mayın 26-da olmalı idi.

"Təəssüf ki, keçirdikləri xəstəlikdən sonra onlara bərpa olunmaq üçün bir az vaxt lazımdır", deyə şəhər mədəniyyət komitəsindən bildirilib. 

Konsert təxirə düşdüyü üçün təşkilatçılar proqramı da dəyişməli olublar. Onların yerinə səhnəyə başqa ifaçılar çıxacaq.