Məşhur müğənni 5 milyona "yox" dedi

25 Mart, 2019 10:16 | Mədəniyyət | Baxış sayı: 148
Tarkan
Tarkan

Tarkan qızına gələn reklam təklifindən imtin edib

Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan milyonlardan imtina edib. İstiPress-in məlumatına görə, meqastart ötən ilin iyul ayında doğulan qızı Liyanı hər cəhdlə gözlərdən uzaq böyütməkdə qərarlıdır. O, hətta qızına gələn 5 milyon lirəlik reklam təklifindən də imtina edib. 

Tarkan və həyat yoldaşı Pınar Tevetoğluna uşaq qidası şirkətlərindən biri tərəfindən təklif verilib. Bunun üçün isə onlara kiçik sərvət təklif edilib. 5 milyonun müqabilində Liyanın fotosu şirkətin loqosu ilə təqdim edilməli idi. 

Ancaq cütlük bundan imtina ediblər.