Nəsiminin qəzəlinə hind mahnısı oxuyan müğənni: "Rəhmətlik şair yuxuda mənə dedi ki..."

25 Yanvar, 2019 12:45 | Mədəniyyət | Baxış sayı: 712
Afət Fərmanqızı
Afət Fərmanqızı

Afət Fərmanqızı onu tənqid edənlərin cavabını belə verib

Azərbaycanlı müğənnilərdən biri -  Afət Fərmanqızının Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu hind mahnısı tənqidə səbəb olub. İstiPress-in məlumatına görə, ifaçı sosial şəbəkələrdə dahi şairin əsərini hind motivləri ilə bağladığı üçün sərt reaksiyalara səbəb olub. “Pəncü-şeş” adlandırılan mahnı Nəsimi yaradıcılığına hörmətsizlik, təhqir kimi qəbul edilib. 

Tənqidləri qəbul etməyən Afət Fərmanqızı isə Nəsimi yaradıcılığına müraciətini qəribə səbəblə əlaqələndirib. O, bildirib ki, bunu ondan dahi şairin özü istəyib.  "Yuxuda Nəsimi dedi ki, qəzəlimə mahnı oxu" fikrinə də aydınlıq gətirib: "Nəsimi ili elan olunmuşdu. Mən də Nəsimi haqqında məqalələr oxuyurdum. Bir gecə də yatmışam. Rəhmətlik şair özü yuxuda mənə deyib ki, Afət, bu qəzəlimi oxu!".

İfaçı onu qınayanlara cavabı "İnstagram" səhifəsindən verib. "Bu mahnı hind mahnısıdır (mədəniyyətin mərkəzi olan şərq) və dünyəvi əsərdir. Bəziləri yazır ki, guya bu qəzəl ağır, lirik mahnı üçün yazıla bilər. Səhv fikirdir. Oxumadan əvvəll mənm üçün qəzalın mənasını təhlil ediblər. Burada ağlamalı və ya faciəvi heç nədən söhbət getmir. Filmdə rejissor Nəsiminin dərisi soyularkən bu qəzəli səsləndirib. Bu o demək deyil ki, qəzəl dərimiz soyularkən səslənməlidir. Sizin bəzilərinizin səhv düşüncəsi ucbatından böyük Nəsiminin dərisi soyulmayıb məgər?". 

O, "Nəsimi ili" olduğu, fəxri ad almaq üçün belə yola əl atdığını deyənləri də qınayıb. "Özümüz üçün toy oxuyub pul qazanırıq, ad niye verilməlidir ki?".