Dünyanın ən çox qazanan aktrisası

24 Avqust, 2019 11:27 | Mədəniyyət | Baxış sayı: 81
Yohanson
Yohanson

"Forbes" bir filmlə milyonlar əldə edən qadınların adını açıqlayıb

Dünyanın ən bahalı aktrisalarının adları açıqlanıb. Ənənəvi siyahını "Forbes" hazırlayıb. Artıq ikinci ildir ki, bura aktrisa Skarlet Yohanson başçılıq edir. 

Yohanson ötən ilin iyun ayından bu ilin eyni dövrünə kimi 56 milyon dollar qazanıb. Bu pulun böyük hissəsini ona "Qisasçılar:Final" və gələn il ekrana çıxacaq "Qara dul" filmləri gətirib - 35 milyon. 

İkinci pillədə kolumbiyalı aktrisa Sofiya Verqara qərarlaşıb. 2009-cu ildən çəkilən "Amerikasayağı ailə" serialındakı rolu ilə məşhurlaşan aktrisa 44,1 milyon dollar qazanc əldə edib. İlk üçlüyü isə 35 milyon dollarla Piz Uizerspun qapayır. 

Ümumilikdə siyahının ilk 10 pilləsindəki qadınlar bir ildə birlikdə 314,6 milyon dollar qazanıblar. 

"Forbes"in ən çox qazanan aktyorlar siyahısına isə aktyor, prodüser Dueyn Conson 89,4 milyon dollarla başçılıq edir. Onu 76,4 milyonla Kris Hemsvort və 66 milyonla Robert Dauni balaca izləyir.