Bakıda məşhurların pulsuz konserti olacaq

24 Avqust, 2019 12:37 | Mədəniyyət | Baxış sayı: 97
Konsert
Konsert

Konsertdə Moskvada yaşayan ifaçı Jony də çıxış edəcək

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək. Konsert avqustun 26-da saat 20.00-da başlayacaq. 

Konsertdə Moskavada yaşayan populyar azərbaycanlı ifaçı Jony, əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim edəcəklər.