Xalq artisti CeyLonun rejissoruna Dominikanda klip çəkdirdi VİDEO

24 İyul, 2019 09:21 | Mədəniyyət | Baxış sayı: 104
Emin Ağalarov
Emin Ağalarov

Klipdə “Miss Dominikan - 2017” gözəllik müsabiqəsinin qalibi də yer alıb

Azərbaycanın Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov yeni klipini təqdim edib. Bu barədə o özünün "İnstagram" səhifəsində məlumat verib. Söz və musiqisi Vladimir Çinyayevə məxsus olan “Nejnaya” (“Zərif”) mahnısına klip Dominikanda lentə alınıb. 

Klipdə “Miss Dominikan - 2017” gözəllik müsabiqəsinin qalibi, model Aleta Müzes də rol alıb. 

Klipin rejissoru CeyLo, Enrike İqlesias, Maluma və s. dünya ulduzları ilə çalışan Cessi Terrerodur.

"İlk dəfə olaraq çəkilişlər Dominikanda - heyratəmiz təbiəti, koloriti olan ölkədə baş tutub. İnsanların həyatın bütün rənglərindən zövq aldığı və rəqs üçün doğulduğu ölkədə. Çəkilişlər iki gün davam edib. Çox şadam ki, məhz Cessi Terrero ilə çalışmağa nail olduq".