Oqtay Mirqasımov "Bozbaş pikçers" və "İntiqam"ı tənqid etdi - VİDEO

24 Mart, 2017 10:47 | Mədəniyyət | Baxış sayı: 318
Oqtay Mirqasımov
Oqtay Mirqasımov

Rejissor bu cür filmlərin tamaşaçı zövqünü korladığını deyib

"Bu gün “İntiqam”lar, “Bozbaş pikçers”lər, nə bilim daha nələr-nələr, əla səviyyədə bazarlanır. Ucuz qiymətə ərsəyə gəlir, çox gəlir gətirir. Bizim çəkdiyimiz filmlər başqa yerlərdə nümayiş olunur. Amma onlar nə televizya ekranlarında, nə də kinoteatrlarda var. Amma bilirəm ki, tamaşaçı bizim çəkdiklərimizi sevər. Baxmayaraq ki, bizim çəkdiyimiz filmlərdə gic-gic zarafatlar, atlanıb-düşmək yoxdur".

Bu sözləri Azərbaycanın xalq artisti, rejissor Oqtay Mirqasımov "Bizim kino günləri" çərçivəsində "Yaddaş" bədii filminin nümayişindən sonra çıxışı zamanı səsləndirib. Rejissor müasir dövrdə çəkilən komediya janrında filmlərdən narahatlığını dilə gətirib.

"Bəzi adamlar buna öyrəşiblər. Bu bir tərbiyədir. Bunu da həmin müəlliflər öyrəşdirib öz tamaşaçılarına... Biri melodram çəkir, biri də qazanında bozbaş qarışdırır...".

Qeyd edək ki, "Bizim kino günləri" (23-29 mart) çərçivəsində Bakıda yerləşən bir neçə kinoteatrda yerli rejissorların lentə aldığı filmlər nümayiş olunur. Onların sırasında rejissor Vahid Mustafayevin çəkdiyi, Birinci Qarabağ Müharibəsindən bəhs edən "Yaddaş" filmi də var.