Prezident məşhur rejissor barədə sərəncam verdi

24 Yanvar, 2019 18:57 | Mədəniyyət | Baxış sayı: 146
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

Sərəncamla Mədəniyyət Nazirliyinə tapşırıqlar verildi

2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. 

İstiPress-in məlumatına görə, bu münasibətlə prezident İlham Əliyev Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tofiq Tağızadə - kinorejissor
Tofiq Tağızadə - kinorejissor