Azərbaycanlı məşhurun keçmiş əri ABŞ-da ata oldu FOTO

23 Sentyabr, 2019 12:00 | Mədəniyyət | Baxış sayı: 112
Körpə
Körpə

Aktyorun 3-cü övladı doğulub

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri 3-cü dəfə ata oldu. Türkiyənin tanınmış aktyorlarından olan, hazırda ABŞ-da TIR sürücülüyü ilə məşğul olan Tolqa Karelin oğlu dünyaya gəlib. Bu barədə aktyor özü sosial şəbəkədən məlumat verib.

Amerikalı həyat yoldaşından biri qızı da olan Karel oğluna Kenan adını verib. "Xoş gəldin Kənan. Rəbbim o qədər böyükdür ki, bir qulunu yanına aparanda, eyni saatlarda digərini verir. Bir daha anlayıram ki, bədənimiz fani, ruhlarımız Allaha əmanətdir".

Xatırladaq ki, T.Karelin Günay Musayeva ilə evliliyindən də Cahangir Can adında bir oğlu var. Model ABŞ-a köçək keçmiş ərini övladı ilə maraqlanmamaqda ittiham edirdi.