Məşhur rejissor: Kinoteatrların gələcəyi yoxdur

23 İyul, 2018 14:43 | Mədəniyyət | Baxış sayı: 92
Kinoteatr
Kinoteatr

Kusturitsa: ənənəvi kino janrları və onlara baxış formaları dəyişir

Çağdaş görkəmli kinoteatrlar gərəksizlikdən tarixə qovuşacaq, onların yerini isə evdən baxılan seriallar tutacaq.

İstiPress-in məlumatına görə, bu barədə bu gün məşhur boşnak əsilli serb rejissor Emir Kusturitsa TASS-a bildirib.

Yəni rejissor dolayısı ilə kinoteatrların virtaul məkana daşınacağını, daha çox internet vasitəsi ilə xidmət göstərəcəyini vurğulayıb.

Onun sözlərinə görə, kinematoqraf hazırda transformasiya yaşayır: ənənəvi kino janrları və onlara baxış formaları dəyişir.

“Fantasmaqoriya da, realizm də olacaq, amma baxış forması dəyişəcək”, - deyə rejissor vurğulayır.

Emir Kusturitsa əmindir ki, istənilən halda kinoteatrlarda filmə tələb uzun müddət qalacaq, buna görə də hazırda o, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” povestini ekranlaşdırır .