Tanınmış aktrisa sirrini açdı - "Hamiləyəm"

23 May, 2019 10:35 | Mədəniyyət | Baxış sayı: 171
Hamilə
Hamilə

Aktrisa 11 həftə hamiləlik xəbərini gizlətdiyini etiraf edib

Azərbaycanda da olduqca məşhur olan tanınmış türkiyəli aktrisa hamilədir. Hazal Kaya uzun müddətdir gizlətdiyi sirrini açıb. Bu barədə açıqlamanı serial ulduzu olan aktria sosial şəbəkə səhifəsindən verib. Bununla da o haqqında yayılan şayiələri təsdiqləmiş olub. 

O, artıq hamiləliyində 11 həftəni geridə qoyduqlarını və hər şeyin yaxşı olduğunu bildirib. "İlk iki ay çox həssas zaman olduğu üçün bu xəbəri paylaşmaq istəmədik. Son həkim nəzarətimiz çox yaxşı olduğu üçün sizinlə bölüşmək istədim". 

Xatırladaq ki, gənc aktrisa "Aşkı Məmnu", "Adını Feriha qoydum" kimi  seriallardan sonra  daha da məşhurlaşıb.