"Yaddaş" filmi yenidən nümayişə çıxarılır

23 Mart, 2017 09:42 | Mədəniyyət | Baxış sayı: 136
"Yaddaş" - Vahid Mustafa Yevin filmi
"Yaddaş" - Vahid Mustafa Yevin filmi

Filmə Nizami Kino Mərkəzi və Flame Towers-də yerləşən '"Park Cinema"da baxmaq olar

Bu gün " Bizim kino günləri" çərçivəsində Nizami Kino Mərkəzi və Flame Towers-də yerləşən '"Park Cinema"da rejissor Vahid Mustafayevin “Yaddaş” (23-29 mart)  bədii filmi nümayiş olunacaq. İlk seans Flame Towers-də saat 10:00-da olacaq.

Film Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının  dəstəyi ilə nümayiş olunacaq.

Dramatik triller janrında çəkilən "Yaddaş "bədii filmi Birinci Qarabağ müharibəsindən bəhs edir.  Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağımn edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür...

19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür...

Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır.