Məşhur müğənni zorlamaya görə həbs edildi

23 Yanvar, 2019 10:33 | Mədəniyyət | Baxış sayı: 143
Kris Braun
Kris Braun

Braun Parisdə saxlanlıb

Dünya şöhrətli amerikalı müğənni və aktyor Kris Braun polis tərəfindən saxlanılıb. O, Parisdə həbs edilib. Müğənni zorlamada ittiham edilir. Hadisənin detalları və zorlamanın nə vaxt, harada baş verdiyi barədə heç nir məlumat açıqlanmayıb. 

Əsl adı Kristofer Moris Braun olan ifaçı ilk albomu "Chris Brown"nu 2005-ci ildə 16 yaşında hazırlayıb. Bu alboma hitparadlarda lider olan "Run It!" sinqlı da daxil idi. Bu sayədə Braun debüt sinqlı lider olan ilk afroamerikalı müğənni olub. 

Albom ABŞ-da iki milyon tirajla satılıb.