Azərbaycanda çox sevilən aktrisa öldü

23 Yanvar, 2019 17:56 | Mədəniyyət | Baxış sayı: 322
Ayşən Gruda
Ayşən Gruda

74 yaşlı aktrisa mədə ağrılarından əziyyət çəkirdi

Türkiyənin tanınmış aktrisası, Azərbaycanda çox sevilən Ayşən Gruda vəfat edib. 

İstiPress-in məlumatına görə, 74 yaşlı aktrisa müalicə aldığı Kağıthane Derindere Xəstəxanasında dünyasını dəyişib.

Bir neçə həftə bundan əvvəl xəstəxanaya yerləşdirilən “Yeşilçam” ulduzu uzun müddətdir mədə ağrılarından əziyyət çəkirdi.