Bu filmlər pulsuz nümayiş olunacaq

22 Noyabr, 2016 19:15 | Mədəniyyət | Baxış sayı: 17
Nəsibə Zeynalova
Nəsibə Zeynalova

Filmlərə giriş sərbəstdir

Nizami Kino Mərkəzində sevimli aktrisa xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

İstipress.com xəbər verir ki, milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşıçılarını sevindirəcək.

Həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim” , 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir.