Əfsanəvi “Yuxu”nun albomu yeni versiyada - FOTO

22 Sentyabr, 2020 11:16 | Mədəniyyət | Baxış sayı: 105
"Yuxu" qrupu
"Yuxu" qrupu

Azərbaycanın əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb. 

İstiPress-in məlumatına görə, bu barədə sözügedən qrupun gitaristi Namiq Nağdəliyev məlumat verib. O, sosial şəbəkədə paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib.

Qeyd edək ki, rok qrupu 1988-ci ildə İbrahim Emin tərəfindən Sumqayıtda yaranıb. “Yuxu”nun ilk mahnısı “Xəzərin sahilində” olub və onlara böyük şöhrət qazandırıb. Mahnıya çəkilmiş klipin rejossoru Vahid Mustafayev olub.  Qrup fəaliyyətini 2001-ci ildə dayandırıb. 

Xatırladaq ki, qrupun yaradıcısı İbrahim Emin 2019-cu ildə vəfat edib. Namiq Nəğdəliyev isə Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir, orada Kıraç, Funda Arar, Haluk Levent və digər bir çox ifaçılarla işləyir.

"Yuxu" qrupunun valı
"Yuxu" qrupunun valı