"Balans Studiyası" Azərbaycanda ilkə imza atdı FOTO

22 May, 2019 10:09 | Mədəniyyət | Baxış sayı: 125
"Mateo Falkone" filmi
"Mateo Falkone" filmi

Klassik bədii filmin rəqəmsal bərpası həyata keçirilib

Bu gün ilk dəfə olaraq Azərbaycan klassik bədii filminin rəqəmsal bərpasının təqdimat mərasimi keçiriləcək. Rəqəmsal bərpanı həyata keçirməklə Azərbaycanda ilkə imza atan ANS Şirkətlər Qrupuna daxil olan Balans Milli Rəqəmsal Studiyasından aldığımız məlumata görə, təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. 

Bərpa olunan film bu il 100 illiyini qeyd etdiyimiz görkəmli rejissor Tofiq Tağızadənin 1960-cı ildə lentə aldığı, fransız yazıçısı Prosper Merimenin yazdığı "Mateo Falkone"dir. Bu filmdən əlavə, qonaqlar rəqəmsallaşma və bərpa dövrünün proseslərini göstərən sənədli filmi də izləyəcəklər.

Həmçinin, Tofiq Tağızadənin filmlərindən ibarət, "Balans Studiyası"nın dizayn qrupunun hazırladığı afişalar da nümayiş etdiriləcək.