Bu da Azərbaycanın yeni Xalq artisti

22 May, 2018 08:55 | Mədəniyyət | Baxış sayı: 752
Sərəncam imzalandı
Sərəncam imzalandı

Prezident dünya şöhrətli müğənninin həyat yoldaşını mükafatlandırdı

Prezident dünya şöhrətli opera ifaçısının həyat yoldaşı olan, azərbaycanlı tenoru mükafatlandırıb. İstiPress-in məlumatına görə, İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilməsi barədə sərəncam imzalayıb. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib. 

Onun həyat yoldaşı Anna Netrebko da dövlət başçısının sərancamı ilə təltif olunub. Sərəncamda deyilir: Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko “Dostluq” ordeni ilə təltif edilsin.