Məşhur ailədə gəlin-baldız davası

22 Aprel, 2020 14:23 | Mədəniyyət | Baxış sayı: 193
Özçivit ailəsi
Özçivit ailəsi

Aktrisa oğlunu da bibisinə göstərmir

Gəlin-baldız mübahisəsi daha bir məşhur ailənin gələcəyinə kölgə salıb. Bu dəfə çətin vəziyyətə düşən Türkiyənin ən yaraşıqlı kişilərindən biri hesab edilən Burak Özçivitdir. Onun həyat yoldaşı Fahriye Evcen ilə bacısı Burçun Özçivit arasında əməlli başlı böhran yaranıb. İki qadının mübahisəsi dava ilə bitib. 

Bu davadan sonra baldızı ilə arasındakı bütün ipləri qoparan Fahriye onun sosial mediada izləmələri siyahısından da çıxarıb. Hətta oğlu Karanı da bundan sonra bibisinə göstərməmək barədə qərar verib. 

Cütlüyün yaxınları iki gəlıinlə baldızı barışdırmaq üçün dəfələrlə cəhd ediblər. Ancaq F.Evcen buna heç cəhddə etməyib.

Arvadı ilə bacısı arasında qalan aktyor isə bu böhranı ən qısa zamanda həll etməyin yollaçrını axtarır. İddiaya görə, F.evcen hətta ərinin də bacısı ilə görüşməsini istəmir.