Cinsini dəyişən müğənniyə Azərbaycandan dodaq uçuqladan hədiyyə FOTO

22 Yanvar, 2020 13:24 | Mədəniyyət | Baxış sayı: 272
Bülent Ərsoya verilən hədiyyə
Bülent Ərsoya verilən hədiyyə

Divaya 100 min dollarlıq hədiyyə

Türk sənət musiqisinin divası hesab edilən Bülənt Ərsoy ötən gün növbəti dəfə konsert verib. Diva Bostancı Göstəri Mərkəzində cinsini dəyişən və bir müddət öncə özünə toy edən sosial media fenomeni Selin Ciğerci ilə birlikdə səhnəyə çıxıb. 

B.Ərsoy konsert zalının dolu olmasından məmnunluğunu da gizlətməyib. "Millət 250 bilet sata bilmir, indi amma iynə atsan yerə düşməz. Biletli müştərini bura gətirmək çətindir. Hər kəs həddini biləcək".

Konsertin ən maraqlı yeri isə Azərbaycandan gedən bir qadın heyranının ona hədiyyəsi olub. Belə ki, sənətçiyə  dəyəri 100 min dollar olan briliyant və safpir üzük bağışlanıb.  

Müğənni üzüyün qiymətini soruşan jurnalistlərə belə cavab verib: "Onu indi burada demək olmaz. Amma mənə dəyməzmi? Bu üzük xeyli pul edir. Çox bahalı hədiyyədir".