Eminin ABŞ konserti təxirə düşdü VİDEO

22 Yanvar, 2019 12:18 | Mədəniyyət | Baxış sayı: 49
Emin Ağalarov
Emin Ağalarov

Xalq artisti Ağalarov bu barədə "İnstagram"ında məlumat verib

Azərbaycanın xalq artisti, müğənni, bəstəkar Emin Ağalarovun ABŞ və Kanada da verməyi planlaşdırdığı konsertləri təxirə salınıb. İstiPress-in məlumatına görə, bu barədə iş adamı özünün "İnstagram" səhifəsində məlumat verib.

TASS-ın məlumatına görə, konsert Ağalarovun nümayəndəsinin xüsusi prokuror Robert Müller və Konqresin komitələri ilə razılıq əldə edilmədiyi üçün təxirə salınıb. 

“Mən bu mesajı yazmağı heç istəməzdim, amma məndən asılı olmayan səbəblərə görə ABŞ-la Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Bu məndən asılı deyil. Biz bu şounu bir il əvvəl planlaşdırmışdıq və gəlməkdə, sizlərin qarşısında çıxış etməkdə tam qərarlı idik. Mən bilet alanlardan üzr istəyirəm. hadisələrin gələcək inkişafı barədə yaxın vaxtlarda məlumat veriləcək".

Xatırladaq ki, Amerika prezident seçkilərində uduzan H. Klintonu dəstəkləmiş Demokratik Partiya yönümlü ABŞ mətbuatı bir ildir D. Trampa qarşı kampaniya aparır və onu Moskva ilə əlaqələrdə şübhəli bilir. “The İndependent” iddia edir ki, iş adamı, onun britaniyalı prodüseri Rob Qoldsteyn 3 il öncə Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında Nyu-Yorkda görüşün təşkil olunmasında mühüm rol oynayıb.