Azərbaycanlı aktrisa ayaqları ilə məst etdi FOTO

21 Dekabr, 2018 11:04 | Mədəniyyət | Baxış sayı: 395
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

Bu dəfə onun dərin yarıqlı geyimi gündəm oldu

Türkiyədə yaşayan və işləyən azərbaycanlı aktrisa yenidən medianın gündəmini zəbt etməyi bacarıb. Dərin dekolteləri ilə hər kəsi məst edən Nəsrin Cavadzadə bu dəfə yarıqlı donu, daha doğrusu ayaqları ilə gündəmə gəlib. 

Türkiyə kanallarından birində yayımlanan "Bizim Hikaye" adlı serialda Tülay obrazını canlandıran Nəsrin ötən gün dəvətlərdən birində görüntülənib. O, bütün diqqətləri üzərinə toplaya bilib. Buna səbəb isə geyindiyi uzun donunda olan dərin yarıq olub. Əzələli görüntüsü ilə o idmançılara, hətta modellərə belə meydan oxuyub. 

36 yaşlı azərbaycanlı gözəlin sosial şəbəkədə paylaşılan fotolarını qısa zamanda onminlərlə insan bəyənib. 

Xatırladaq ki, N.Cavadzadə bir neçə gün öncə "Altın kelebek" mükafatlarının təqdimetmə mərasimində geyindiyi dərin dekolteli geyimi ilə müzakirələrə səbəb olmuşdu. 

N.Cavadzadə Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin nəvəsidir. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.